Qardaşı Bəxtiyar Hacıyevlə görüşüb

  • By admin
  • 23 Yanvar 2023 16:48

Hazırda həbsdə olan siyasi fəal Bəxtiyar Hacıyevdən xəbər var.

Gununsesi.info-nun məlumatına görə, siyasi fəalın qardaşı Vüqar Hacıyev bu gün Bakı İstintaq Təcridxanasında onunla görüşüb.

Saytımıza açıqlamasında Vüqar Hacıyev bildirib ki, qardaşı aclıq aksiyası keçirdiyindən səhhəti olduqca pisdir: “Mən Bəxtiyarla təcridxanada görüşdüm. O, otaga daxil olan kimi səhhətində baş verən ciddi dəyişikləri hiss etdim. Belə ki, qardaşım həddindən çox ariqlayib, bənizi agappaq idi, gözlərinin dibində çuxurlar əmələ gəlib, əlləri agappaq agarib, dirnaqlarının hamısının ətrafında qızartılar müşahidə etdim. Dedi ki, tez-tez başı gicəllənir, gözləri qaralır. Əsasən axşamlar təzyiqi düşür. Orada olan tək bir nəfər “feldşer”in ona yaxınlaşmasına ən yaxşı halda 25 dəqiqə vaxt lazım olur”.

 

Mətləb

Gununsesi.info