Qaxda qadın iynədən şoka düşərək öldü

  • By Günel
  • 23 Mart 2025 16:32

Qax rayonunda evdə iynə vurulan qadın şoka düşərək ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə ötən gün baş verib.

Belə ki, 1963-cü il təvəllüdlü Qax rayonu, Tasmalı kənd sakini Şabanova Şəfəq Mürsəl qızı ev şəraitində inyeksiya olunan “Seftriakson” dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info