Qazaxda yeniyetmə qızılcadan dünyasını dəyişib.
Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Hüseyinbəyli kəndindən qeydə alınıb.
Kənd sakini Şabanzadə Nəzrin Fərrux qızı qızılca xəstəliyi ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına oradan isə Gəncə xəstəxanasına aparılıb.
Yeniyetmə qızın vəziyyətinin ağır olduğunu görən ailə övlandını Bakıya aparmaq qərarına gəlib.
Bu zaman Şabanzadə Nəzrin yolda dünyasını dəyişir
Bildirilib ki, Nəzrinin 10 yaşlı qardaşı da ondan öncə xəstəliyə yoluxmuşdu.
Gununsesi.info