Qazi və əsgərlərimizə güzəşt edilsin - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 12 Fevral 2021 14:04

Milli Məclisin bu gün keçirilən iclasında Deputat Məlahət İbrahimqızı cəmiyyəti narahat edən bir məsələyə diqqət yetirib.

Gununsesi.info-nun məlumatına görə, millət vəkili çıxışı zamanı dövlət qulluğuna qəbul imtahanının 2 mərhələdə keçirildiyini xatırladıb: “44 gündə neçə-neçə oğullarımız Vətən Müharibəsində iştirak etdi. Təklif edirəm ki, dövlət qulluğunun 1-ci mərhələsində iştirak edən, lakin ikinci mərhələyə gecikən qazi və əsgərlərimizə güzəşt edilsin”.

Gununsesi.info