Qubada məzuniyyətə gələn əsgəri maşın vurdu

  • Müəllif: Günel
  • 26 İyul 2025 23:16

Qubada məzuniyyətə gələn əsgəri maşın vurub.

Gununsesi.info xəbər verir ki, Quba rayonunun Rustov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, hərbi xidmətdən  məzuniyyətə gələn əsgər 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub. O, müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info