Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Bəhreyn vətəndaşlarının Azərbaycana gəlməsi üçün viza tələbi ləğv edilib.
Qərar bu ilin fevral ayından 2027-ci ilin eyni ayınadək qüvvədə olacaq.
Mövzu ilə bağlı Gununsesi.info -ya danışan deputat Tural Gəncəliyev bildirib ki, regionda mövcud olan gərginlik turizm imkanlarına müəyyən dərəcədə təsir göstərə bilər.

Onun sözlərinə görə, xüsusilə Yaxın Şərqdəki vəziyyət və ABŞ-İran qarşıdurması kimi amillər bu sahəyə təsirsiz ötüşmür.
Deputat qeyd edib ki, buna baxmayaraq, regionda təhlükəsiz və uyğun turizm istiqamətlərindən biri məhz Azərbaycandır.
Günay












