Rus jurnalist Ukraynaya dəstək üçün…

  • By admin
  • 21 İyun 2022 10:51

Rusiyalı jurnalist, “Novaya qazeta”nın baş redaktoru Dmitri Muratov Nobel mükafatını 103,5 milyon dollara satıb.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

Muratov bildirib ki, əldə olunan vəsait birbaşa UNICEF-ə Ukrayna müharibəsi nəticəsində evlərini tərk etmiş uşaqlara kömək etmək üçün ayrılacaq.

Nobel mükafatı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən iyunun 1-dən onlayn olaraq hərraca çıxarılıb. Mükafat telefonla naməlum iddiaçıya satılıb.

Muratov Ukraynadakı müharibə nəticəsində yetim qalan uşaqlara görə xüsusilə narahat olduğunu bildirib.

“Biz onlara gələcəyi geri vermək istəyirik. Ölkəmin etdiyi cinayətdən utanıram”,- baş redaktor deyib.

Qeyd edək ki, 60 yaşlı Dmitri Muradov mükafata 2021-ci ildə layiq görülüb və bununla o, Nobel alan üçüncü rusiyalıdır.

Gununsesi.info