“Rus qanunu” gürcü xalqını meydanlara topladı -Fotolar

  • By ilhame
  • 09 Aprel 2024 21:32

Bu dəqiqələrdə Tiflisdə Gürcüstan parlamentinin qarşısında onminlərlə insan “Rus qanunu” adlandırılan “Xarici agentlər haqqında” qanun layihəsinin yenidən qəbuluna qarşı çıxıb. Ölkənin qeyri-hökumət təşkilatlarının və bir sıra siyasi qüvvələrin təşkil etdikləri mitinqdə gürcü hökumətinin əleyhinə şüarlar səsləndirilib, həmin qanunun parlamentdə qəbul edilməməsi tələb edilib.

Aksiya iştirakçısı Nodari Sqamalidze Gununsesi.info-ya açıqlamasında gürcü xalqının Rusiyadan gələn sifarişlə bu qanunun gündəliyə çıxarıldığını deyib.

O, bildirib ki, bu qanunun qəbulu Gürcüstanda vətəndaş cəmiyyətinin sıradan çıxarılmasına hesablanıb.

Onu da qeyd edək ki, Gürcüstan prezidenti Salome Zuravbişvilinin parlamentin “Xarici agent haqqında” qanununu qəbul edəcəyi təqdirdə ona veto qoyacağı bildirilir.

Bu məlumatı prezidentin parlamentdəki nümayəndəsi Giorgi Msxiladze deyib.

Gununsesi.info