Rusiya səfirliyinin qarşısında AKSİYA

Qubad İbadoğlunun lideri olduğu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası Rusiyanın Bakı səfirliyi qarşısında “İşğalçı rus qoşunları Qarabağdan çıx” tələbi ilə aksiya keçirib.

Gununsesi.info xəbər verir ki, aksiyada Putin əleyhinə şüarlar səsləndirilib.

Etiraz aksiyasında ADR Partiyası sədrinin müşaviri, İdarə Heyətinin üzvü Hüseyn Məlik, Ağstafa rayon təşkilatının sədri Nizami Qaraoğlu və Partiya üzvü Şəhla İsmayılova polis tərəfindən saxlanılıb.

Gununsesi.info