Rusiya yeni hücumlar üçün ordunu səfərbər edə bilmir - UKRAYNANIN ƏKS-HÜCUM ƏMƏLİYYATLARI BAŞLAYA BİLƏR

  • By admin
  • 20 Mart 2023 09:36

 Rusiyanın hücumu kulminasiya nöqtəsinə yaxınlaşır, Ukrayna əks hücuma keçə bilər

Son həftələrdə Rusiyanın Ukraynanın şərqindəki hücum əməliyyatlarının tempi azalıb və bu, Rusiya qoşunlarının yaz hücumunun başa çatmaq üzrə olduğunu göstərə bilər.

 

Gununsesi.info xəbər verir ki, bunu  Müharibə Tədqiqat İnstitutunun (ISW) ekspertləri hesabatda yazıb.

Ukrayna Silahlı Qüvvələrinin Şərq Qüvvələri Qrupunun spikeri Sergey Çerevatı bir gün əvvəl Rusiyanın Donbassda gözlənilən iri hücumu üçün kifayət qədər qüvvə toplaya bilmədiyini bildirib və qeyd edib ki, Rusiyanın hazırkı hücumunu hərbi əməliyyat adlandırmaq olmaz.

 

Onun sözlərinə görə, rus qoşunları Baxmutun taktiki ələ keçirilməsini belə başa çatdıra bilmir. Cəbhənin digər sahələrində də əməliyyat baxımından əhəmiyyətli uğurlar əldə etməkdə ciddi çətinliklər yaşayırlar.

“Beləliklə, rus qoşunlarının yaz hücumu çox güman ki, kulminasiya nöqtəsinə yaxınlaşır”, ISW yazır.

Əgər 300 min rus əsgəri Ukraynada həlledici hücum üstünlüyü təmin edə bilməyibsə, onda çətin ki, gələcək səfərbərlik dalğalarında əlavə qüvvələrin əlavə olunması bu il kökündən fərqli nəticəyə gətirib çıxarsın.

Buna görə də Ukraynanın təşəbbüsü bərpa etmək və hazırkı cəbhə xəttinin kritik bölgələrində əks-hücuma başlamaq üçün hər şansı var.

 

Tərcümə:

Elmar