Rusiyada güclü zəlzələ oldu

  • Müəllif: Orxan
  • 26 İyul 2025 10:53

Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialının Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, zəlzələ Petropavlovsk-Kamçatskidən 123 km aralıda, yerin 45.6 km dərinliyində meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat yayılmayıb.

 

Gununsesi.info