Rusiyada “McDonald’s”ı əvəzləyəcək “fast-food” restoranının açılışı olub

  • By admin
  • 15 İyun 2022 09:00

McDonald’s şirkəti Ukraynada müharibə səbəbi ilə Rusiyanı birdəfəlik tərk etmək qərarı verdikdən sonra Moskvada onun yerini tutacaq yeni restoranın necə olacağına dair çox gözləntilər var idi.

Sibir mədən maqnatı Aleksandr Qovor geridə qalan 800 restoranı dirçəltmək qərarına gələn oliqarxdır. Restoranların menyusundakı yeməklər indi demək olar ki, tamamilə yerli inqrediyentlərdən hazırlanır.

Hamburgerlərin arxasında isə həm də siyasi mesaj var.

Jusnralistlərə açıqlama verən Aleksandr Qovor “Şübhəsiz ki, mən vətənpərvərəm. Bu mənim üçün əsasdır. Amma bu, nə Amerikaya, nə də başqa bir ölkəyə qarşı yönəlməyib” deyə bildirib.

Üç ay bağlı qaldıqdan sonra restoranlar şəbəkəsi “Vkusno & tochka”, “Dadlıdır və və bu qədər” kimi tərcümə edilən ad ilə yenidən fəaliyyətə başlayıb. Lakin Anton Gladkov kimi müsahibə verən bir çox müştərilər Amerika firmasının adından istifadə etməyə davam edəcəklərini deyir.

Menyudakı yeməkləri əsas etibarilə sələfindən kopyalayan yeni restoran ilk gündə müştərilərin amerikasayağı fast-fud restoran haqqında qarışıq reaksiyaları fonunda məhsulların hamısını satıb qurtarıb.

Maria Şavalova isə bunu bir növ kədərli olduğunu deyir: “Əvvəlki brendin imicini, rəngini və gücünü çox bəyənirdim. İndi isə hər şey daha sakit, daha kədərli görünür.

McDonald’s Sovet İttifaqına 32 il əvvəl, ölkə dünyaya qapılarını açıdığı bir vaxtda gəlmişdi. İndi isə şirkət Amerika mədəniyyətinin şübhəsiz ki, izini geridə qoyaraq, Rusiya bazarını qeyri-müəyyən müddətə tərk edir.

Gununsesi.info