Rusiyadan İrana BÖYÜK DƏSTƏK

  • By admin
  • 01 Noyabr 2021 15:15

Moskva İranla nüvə razılaşmasında hər hansı dəyişikliyin edilməsinin qəti əleyhinədir.

Gununsesi.info Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı noyabrın sonuna Vyanada keçirilməsi nəzərdə tutulan müzakirələr haqda deyib.

O bildirib ki, nüvə razılaşmasının yenilənməsində hər tərəf maraqlı görünür:

“Ancaq razılaşma 2015-ci ildə BMT TŞ tərəfindən necə təsdiq edilibsə, o cür də yenilənməlidir. İstənilən əlavə, istənilən əksiltmə İran üçün qəbuledilməzdir. Biz də tam şəkildə bu yanaşmanı dəstəkləyirik”.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə 6+1 (ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və İran) ölkələri arasında imzalanıb. 2018-ci ildə ABŞ-ın o vaxtkı Prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxıb və Tehrana qarşı sərt sanksiyaları bərpa edib.

İran da mərhələli şəkildə öhdəliklərini azaldıb və nəhayət, uranın zənginləşdirilməsi səviyyəsini kəskin artırıb.

Gununsesi.info