Rusiyalı senator: XXI əsrdə ABŞ parçalanacaq

  • By Günel
  • 10 İyun 2025 08:19

XXI əsrdə daxili münaqişələr fonunda Amerika Birləşmiş Ştatlarının (ABŞ) parçalanması baş verə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının senatoru Aleksey Puşkov öz “Telegram” kanalında yazıb.

Senator qeyd edib ki, hazırda baş verən miqrantlar əleyhinə reydlər səbəbindən Kaliforniyada “xaos və idarəolunmazlıq hökm sürür”.

“Ştatın qubernatoru Qevin Nyusom isə üsyançıları dəstəkləyərək baş verənlərdə federal hakimiyyəti günahlandırıb”, – Puşkov vurğulayıb.

Onun sözlərinə görə, Brüsseldə Rusiyanın dağılması barədə xəyal qururlar, lakin bu baş verməyəcək, dağılmağa əsas namizəd ABŞ ola bilər.

“Ölkə Amerika cəmiyyətini sarsıdan güclü parçalanmalara tab gətirməyə bilər. Üstəlik, ABŞ-də daxili münaqişələr yalnız artır”, – senator yazıb.

Gununsesi.info