“Rusiyanın başının Ukraynada qarışması bizi qorxudur”

“Ermənistanın təhlükəsizlik üzrə əsas tərəfdaşı olan Rusiyanın əsas diqqətini Ukrayna ətrafındakı vəziyyətə yönəltməsi regionumuzda sabitliyin pozulması ilə əlaqədar qorxu yaradır”.

Gununsesi.info  xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

HTML tutorial

“Regionumuz çətin günlərini yaşayır. Burada uzun müddətdir mövcud olan çətinliklər ortaya çıxır və ya kəskinləşir. Bunlar, ilk növbədə, təhlükəsizliklə bağlı problemlərdir. Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın diqqətinin Ukrayna ətrafındakı vəziyyətə yönəldiyi indiki vəziyyətlə əlaqədardır. Bu, regionumuzda sabitliyin pozulması ilə bağlı spesifik qorxulara səbəb olur”, – Paşinyan qeyd edib.

Gununsesi.info