Rusiyaya işləməyə gedən şəmkirlilər geri qaytarılıb

  • Müəllif: admin
  • 11 Sentyabr 2025 12:03

Rusiya ilə Azərbaycan arasında  yaşanan gərginlik qonşu olkədə çalışan vətəndaşlarımıza da baha başa gəlir.

Gununsesi.info-nun xəbərinə görə, bugünlərdə Gəncə-Moskva reysi ilə Rusiyaya gedən 20-yə yaxın Şəmkir sakini hava limanından geri qaytarılıb.

Onların əksəriyyətinin Rusiyada çalışma izni olsa da lakin, heç bir səbəb göstərilmədən onlar bu ölkəyə buraxılmayıb.

Qeyd edək ki, Azərbaycanın bölgələri arasında Rusiyaya işləmk üçün gedənlər ən çox Şəmkir rayonundandır.

 

Afət

Gununsesi.info