Səfirlər Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR

  • By admin
  • 19 Yanvar 2023 14:36

Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirləri Şəhidlər Xiyabanını ziyarətə gəlirlər.

Gununsesi.info xəbər verir ki, Gürcüstan, Ukrayna və Moldovanın Bakıdakı səfirləri 20 Yanvar şəhidlərinin məzarları önünə qərənfil düzüb, şəhidlərin xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, sabah qanlı yanvar hadisələrinin 33-cü ili tamam olacaq.

Gununsesi.info