Tokayev Qazaxıstan parlamentini buraxdı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz fərmanı ilə parlamentin yeddinci çağırış Məclisini (aşağı palata) buraxıb.

Bu barədə Qazaxıstan prezidentinin saytında məlumat verilib.

Dövlət başçısı həmçinin növbədənkənar deputat seçkilərini 2023-cü il martın 19-na təyin edib.

İlkin olaraq, Məclisə seçkilər 2025-ci ildə keçirilməli idi.

Tokayev erkən seçki ideyasını ötən il konstitusiyaya dəyişikliklərlə bağlı referendumdan sonra dilə gətirmişdi.

Gununsesi.info