“Sabah” ÇL-nin pley-off oyununu harada keçirəcək? – Vaxt və yer açıqlandı

  • Müəllif: Orxan
  • 12 Avqust 2026 13:48

UEFA Çempionlar Liaqsının pley-off mərhələsinə vəsiqə qazanan Azərbaycanın “Sabah” klubunun İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə keçirəcəyi oyunların başlama vaxtı və yeri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumat UEFA-nın rəsmi saytında yerləşdirilib.

Məlumata görə, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki “Culeşti” stadionunda keçiriləcək. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Cavab oyunu avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

“Sabah” bu rəqib səddini adlayacağı təqdirdə qitənin ən nüfuzlu klub turnirinin ümumi mərhələsinə vəsiqə qazanacaq.

“Sabah” “Hapoel” səddini keçə bilməyəcəyi təqdirdə birbaşa UEFA Avropa Liqasının ümumi (qrup) mərhələsinə vəsiqə qazanacaq.

Qeyd edək ki, “Sabah” klubu Çempionlar Liaqsının üç təsnifat mərhələsinin oyunlarını Masazır qəsəbəsindəki stadionda keçirib.

Gununsesi.info