Sabunçuda kafedə yanğın olub

  • By Günel
  • 22 Yanvar 2025 19:26

Bakı şəhərinin Sabunçu rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən Gununsesi.info -ya verilən məlumata görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli kafenin dam örtüyünün taxta atmaları və lambirdən ibarət tavanı 60 m² sahədə yanıb.

Kafenin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info