Sağlamlıq arayışının qiyməti 41 manatdır, bu kasıb ailə üçün bir kisə unun qiyməti deməkdir -DEPUTAT

Milli Məclisin Səhiyyə Komitəsinin son iclasında deputat Məlahət İbrahimqızı əhalini narahat edən bir neçə məsələ haqqında danışıb.

Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Gununsesi.info deputatın fikirlərini təqdim edir:”2022-ci ildə 2021-ci ilə nəzərən dializə gedən xəstələrin sayı 13% artıb.

Araşdırılmalıdır ki, bu, niyə belə olub. Digər tərəfdən, ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər.

Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq. Eyni zamanda təklif edirəm ki, komitədə psixoloji xidmətlə bağlı dinləmə keçirək”.

Afət
Gununsesi.info