İsraildə Sinaqoqa hücum

  • By admin
  • 28 Yanvar 2023 08:37

İsrail polisi Şərqi Qüdsdə sinaqoqa silahlı hücum nəticəsində ən azı 7 nəfərin öldüyünü açıqlayıb.

Hücum yerli vaxtla saat 20:15 radələrində Neve Yaakov rayonunda baş verib.

Təcili yardım xidməti rəsmiləri çoxlu yaralı olduğunu, onlardan üçünün ağır olduğunu bildirdi.

Gununsesi.info İsrail mediasına istinadən xəbər verir ki, İsrail polisi hadisəni “terror hücumu” kimi qiymətləndirib və hücumçunun “zərərsizləşdirildiyini” bəyan edib.

Yerli mətbuatın məlumatına görə, hücum edən şəxs qaçarkən təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

Hadisə yerindən reportaj verən BBC müxbiri Tom Bateman bildirib ki, böyük bir ərazi mühasirəyə alınıb və silahlı təhlükəsizlik qüvvələri ilə dolub, təcili yardım maşınları hələ də gəlib-gedir və vertolyot havada uçuşur.

Bateman, ön şüşəsi sürücü tərəfində güllə dəlikləri ilə qırılan bir avtomobilin yolun ortasında dayandığını və hadisə yeri müstəntiqləri tərəfindən araşdırıldığını söylədi.

 

BBC müxbiri bildirib ki, İsrail qüvvələri ilə toqquşmalara işarə edən səslər yaxınlıqdakı məhəllələrdən, ehtimal ki, fələstinlilərdən eşidilib.

Tərcümə:

Afət