Şahbaz Şərif də ABŞ-İran memorandumunu imzaladı

Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçi qismində ABŞ-İran arasındakı Anlaşma Memorandumunu imzalayıb.

Gununsesi.info xəbər verir ki, Pakistan hökumətinin mətbuat xidməti Şahbaz Şərifin məlum sazişi imzaladığı görüntüləri yayıb.

Bu memorandumun şərtlərinə əsasən:

– Bütün cəbhələrdə, o cümlədən Livanda müharibə və hərbi əməliyyatlar dayandırılır.

– İrana qarşı tətbiq olunan dəniz blokadası tamamilə ləğv edilir.

 

Gununsesi.info