Sahil Babayevdən növbəti rəzalət - NAZİR NÖVBƏTİ HƏRƏKƏTİ İLƏ ON MİNLƏRİN QINAĞINA TUŞ GƏLDİ/ VİDEO

  • By admin
  • 08 İyun 2022 22:48

İkinci Qarabağ savaşının veteranları ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasındakı qalmaqaldan bir neçə gün keçməsinə baxmayaraq, hələ də ictimaiyyət bu barədə danışır.

Son olayın səs-küyünün ortadan qalxmadığı bir məqamda isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev növbəti ictimai narazılığa səbəb olacaq hərəkət edib.

Gununsesi.info-nun xəbərinə görə, nazirliyin təşkil etdiyi tədbirlərin birində media nümayəndələri ilə rastlaşan Sahil Babayev qazilərin problemi ilə bağlı suala qeyri-adekvat reaksiya göstərib.

Jurnalistin”qazilərlə bağlı məsələ barədə soruşmaq istəyirik” fikrinə nazir “ehtiyac yoxdur, imkan verin tədbiri keçirək” deyə jurnalistə  saymamazlıq göstərib.

Azərbaycan prezidentinin çıxışlarından göründüyü kimi ölkədə hökumətin əsas prioritetlərindən biri şəhid ailələri və qazilərin problemidir.

Bəs görəsən, nazir Sahil Babayev üçün qazilərdən daha önəmli olan hansı mövzudur ki,  günlərdir, ictimaiyyəti məşğul edən bu problemə belə laqeyidlik göstərir.

Onu da vurğulayaq ki, sosial şəbəkələrdə on minlərlə insan Sahil Babayevi növbəti dəfə ağır ifadələrlə ittiham edib.

Nazirin həmin suala cavabını təqdim edirik.

Mais

Gununsesi.info