Sampaoli “Qarabağ”la matçdan danışdı

  • By admin
  • 16 Fevral 2022 17:38

“Ən yaxşı futbolçular sabah meydanda olacaq. Məqsdə burada uğur qazanmaqdır”.

Gununsesi.info xəbər verir ki, bu sözləri “Marsel”in baş məşqçisi Xorxe Sampaoli deyib.

O, UEFA Konfrans Liqasının 1\16 final mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri mətbuat konfransında iştirak edib: “Rəqib daha çox topa sahib olmaq istəyən komandadır. Məqsədimiz onlara qarşı düzgün oynamaqdır. Motivasiyamız yüksək olaraq qalır”.

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

 

Gununsesi.info