Putinlə Lukaşenko arasında görüşün tarixi açıqlanıb

  • By admin
  • 16 Fevral 2022 17:53

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenkonun görüşəcəyi tarix müəyyənləşib.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Lukaşenko favralın 18-də Moskvaya səfər edəcək.

Liderlər ikitərəfli əlaqələr və regional məsələlər barədə danışacaqlar.

Qeyd edək ki, dövlət başçıları arasında sonuncu görüş 2021-ci il dekabrın 29-da olmuşdu.

 

 

Gununsesi.info