Samuxda evdən 3 min manatdan artıq pul və 7 min manat dəyərində qızıl oğurlanıb.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, Samux Rayon Polis Şöbəsinə rayonun Çobanabdallı kəndində bir qrup naməlum şəxsin evlərdən birindən 7.000 manat dəyərində qızıl-zinət əşyaları və 3522 manat nağd pulu quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, 33 yaşlı İ.Hüseynov, 23 yaşlı Ü. Hüseynov, 24 yaşlı R. Rzayev, 36 yaşlı B. Yusifov və 28 yaşlı T. Salahlı maddi sübutlarla birlikdə saxlanılıblar.

Fakta görə cinayət işi başlanıb. İstintaq hərəkətləri aparılır.