Sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb

  • Müəllif: Firuzə
  • 24 Oktyabr 2025 11:25

Bakıda sanitar qovşaqda yıxılan 72 yaşlı qadın xəstəxanada ölüb.

Gununsesi.info xəbər verir ki, hadisə oktyabrın 21-də Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Binəqədi qəsəbə sakini, 1953-cü il təvəllüdlü Sahibə İlyas qızı Ayvazova evin sanitar qovşağında yıxılıb. O, xəstəxanaya yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, oktyabrın 23-də həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info