Selçuk Bayraktar Azərbaycanı təbrik etdi

  • Müəllif: Sənan
  • 28 May 2024 14:06

Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, Bayraktar bu barədə “Facebook” hesabında paylaşım edib.

“Bir dəfə yüksələn bayraq bir daha enməz.

Qardaş ölkəmiz can Azərbaycanın Müstəqillik Günü mübarək olsun, birliyimiz, həmrəyliyimiz əbədi olsun!” – deyə o, paylaşımda qeyd edib.