Sex ustasından prezidentliyə gedən yol - 84 YAŞINDA VƏFAT EDƏN EKS-PREZİDENTİN HƏYAT YOLU

  • By admin
  • 27 Mart 2022 23:29

Gununsesi.info bu gün 84 yaşında vəfat edən Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun keçdiyi həyat yolunu təqdim edir:

 

Ayaz Niyazi oğlu Mütəllibov 84 yaşında vəfat edib. O,12 may 1938-ci ildə Şamaxının Sarıtorpaq məhəlləsində anadan olub.

Əmək fəaliyyətinə 1958-ci ildə elmi-tədqiqat institutu bürosunun böyük texnik-konstruktoru kimi başlayıb. 1959–1974-cü illərdə Bakı məişət elektrik cihazlar zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor, baş mühəndis, direktor işləmişdir. 1974-cü ildən “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru olub.

1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə respublikanın yerli sənaye naziri təyin olunmuşdur. 1982-ci ilin oktyabrında Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini — Dövlət Plan Komitəsinin sədri vəzifələrini tutub.

1989-cu ilin yanvarından Azərbaycan SSR Nazirlər Sovetinin sədri olmuş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvü,1990-cı ilin yanvar ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, daha sonra – 1990-cı ilin may ayının 18-də Azərbaycan SSR-in Ali Soveti tərəfindən Azərbaycan SSR prezidenti seçilib.

1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilmişdir. 1992-ci il martın 6-da istefa verib.

Gununsesi.info