Zelenski: Sülh istəməsəydik, indi Krımda olardıq!

  • By admin
  • 27 Mart 2022 23:27

Bir ukraynalı əsgər öz torpağında olduğuna və onu müdafiə etməyə həvəsli olduğuna görə on rus əsgərini döyür.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Amma biz dəqiq sülh istəyirik. Çünki istəməsəydik, inanın ki, sabah Krımda olardıq. Əgər bizdə hər şey “Müharibə! İrəli! Qaçdıq, ura!” səviyyəsində olsaydı… Heç bir “ura!” yoxdur.

Biz onları öz ərazimizdə döyürük. Bir əsgərimiz on rus əsgərini döyür, çünki onar burada nə etdiklərini başa düşmürlər”, – deyə Zelenski bildirib.

Gununsesi.info