Ermənistan parlamentinin bu yaxınlarda üçüncü dəfə evlənən sabiq sədri Alen Simonyan toy etmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Joğovurd” qəzeti yazır.
Məqalədə qeyd olunduğu kimi, təntənəli mərasim sentyabrın 5-də İrəvandakı restoranlardan birində nəzərdə tutulub.
Nəşrdə bildirilir ki, parlamentin eks-spikeri toya bütün siyasi “bomond”u dəvət edib, lakin əsas intriqa Simonyanın hazırkı “qəzəbə gəlməsi”ni nəzərə alaraq, ziyafətdə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirak edib-etməyəcəyidir.
Simonyanın nişanlısı – siyasətçidən 20 yaş kiçik olan 26 yaşlı model Anelya Qubryandır. Fevral ayında nişanlanan cütlük, bir neçə ay sonra nikahlarını rəsmən qeydiyyata alıblar.
Ötən ilin yayında Simonyan Mariam Markaryandan boşanıb. Hələ o vaxt mətbuat onun gənc modellə romanı haqqında yazırdı.












