Somalidə terror aktı törədilib

  • By admin
  • 06 Dekabr 2021 12:19

Somalidə restorana edilən bombalı hücum nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb.

Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, bunu ölkənin Baydabo şəhər Polis İdarəsinin rəisi Ömər Məhəmməd bildirib.

Onun sözlərinə görə, ölənlərdən biri hərbçidir.

Hücumu “Əş-Şəbab” terror qruplaşmasının törətdiyinə dair açıqlama yayılıb.

Gununsesi.info