Sürayyə Hacıyevaya vəzifə verildi - FOTO

  • Müəllif: Firuzə
  • 22 İyun 2026 09:49

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində yeni təyinat olub.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Sürayyə Hacıyeva xidmətin Mətbuat xidməti şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Qeyd edək ki, S.Hacıyeva 1992-ci ildə anadan olub. Əvvəllər CBC televiziyasında və AZƏRTAC agentliyində işləyib.

Gununsesi.info