Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

  • Müəllif: Firuzə
  • 18 Mart 2026 21:34

Sumqayıtda 39 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb.

Gununsesi.info “Report”a istinadən verir ki, hadisə şəhərin Sülh prospekti ərazisində yerləşən fərdi yaşayış evlərindən birində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Xəyalə Əzizbəy qızı Kərimova evdə dəm qazının sızması nəticəsində zəhərlənərək həyatını itirib.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Gununsesi.info