Tələbələrə ictimai nəqliyyatda endirim ediləcək

  • Müəllif: Firuzə
  • 04 Mart 2026 13:38

Gələcəkdə TələbəPlus kartı vasitə ilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.

Gununsesi.info  xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.

O bildirib ki, 160 minə yaxın tələbə artıq bu kartdan istifadə edir: “Nəzərdə tutulan yenilik barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək”.

Gununsesi.info