Tolik yüksək vəzifəyə gətirilir? — Özündən açıqlama

Xəbər verdiyimiz kimi, prodüser və aparıcı Ülviyyə Alovlu şəxsi “Facebook” hesabında paylaşım edərək Tarix Əliyevin  (Tolik) “Space” televiziyasında Musiqi departamentinin rəhbəri vəzifəsinə təyin olunacağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Tolik pravda.az-a açıqlamasında xəbəri nə təsdiqləyib, nə də inkar edib.

“Ülviyyə Alovlu kimdir bu ölkədə? Nə qədər böyük nüfuzu var? Sabah özünüz görəcəksiniz. Hələlik dəqiq bir şey demək mümkün deyil. Mən də deyirəm, Ülviyyə görək, doğurdan, dəqiq jurnalistdir, ya yox?”