Toyda zəhərlənənlərin sayı 60-a çatır

  • Müəllif: Firuzə
  • 25 Sentyabr 2025 10:39

İmişlidə toyda zəhərlənənlərin sayı 59 nəfərə çatıb.

Gununsesi.info xəbər verir ki, zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.

TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.

Sentyabrın 23-də İmişli rayonunun Muradxanlı kəndi ərazisində baş verən hadisə ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

 

Gununsesi.info