Tramp bu gün Ronaldo ilə görüşəcək

  • Müəllif: Firuzə
  • 18 Noyabr 2025 11:02

ABŞ prezidenti Donald Tramp bu gün Portuqaliya yığmasının ulduzu Kriştianu Ronaldo ilə görüşəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə İspaniyanın “Mundo Deportivo” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, görüş 2026-cı ilin yayında ABŞ, Kanada və Meksikanın birgə təşkilatçılığı ilə keçiriləcək dünya çempionatı ilə bağlıdır.

Həmçinin ABŞ və Portuqaliya millilərinin DÇ-dən əvvəl yoldaşlıq görüşü keçirməsi də müzakirə olunacaq.

 

Gununsesi.info