Türkiyədə FETÖ-yə qarşı əməliyyat - Hərbçilər saxlanıldı

Ankara Baş Prokurorluğu FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 22 nəfərin həbsinə order verib.

Gununsesi.info xəbər verir ki, saxlanılanlar arasında 8-i hazırda xidmətdə olan, 10-u isə işdən çıxarılmış və ya təqaüdə göndərilmiş hərbçilərdir. Digər 3 nəfər dövlət qurumlarının əməkdaşlarıdır.

Prokurorluğun məlumatına görə, həmin şəxslər FETÖ-nün “gizli xidmət” adlandırılan strukturu ilə əlaqələrdə ittiham olunur.

Araşdırmalar nəticəsində onların Ankara şəhərinin müxtəlif ərazilərində yerləşən stasionar telefon nömrələrindən istifadə edərək kuratorları ilə əlaqə saxladıqları müəyyən edilib.

Hazırda ölkənin 9 vilayətində eyni vaxtda genişmiqyaslı əməliyyatlar aparılır və şübhəlilərin saxlanılması davam etdirilir.

 

Gununsesi.info