
ABŞ prezidenti Donald Tramp Qəzzada atəşkəsin davam edəcəyindən əmin olmadığını ifadə edərək, “Bu, bizim müharibəmiz deyil. Bu onların müharibəsidir” deyib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp Oval Ofisdə bir çox prezident fərmanlarını imzaladığı imza mərasimində gündəmlə bağlı mətbuata qısa açıqlamalar verib.
Qəzzada atəşkəsin qorunub saxlanacağına əmin olub-olmadığı sualına Tramp belə cavab verib:
“Əmin deyiləm. Bu, bizim müharibəmiz deyil. Bu, onların müharibəsidir”. “Düşünürəm ki, qarşı tərəf (Həmas) çox zəifləyib.Qəzzanın bir fotosuna baxdım. Qəzza böyük bir dağıntı sahəsidir. Əslində, onun həqiqətən fərqli bir şəkildə yenidən qurulması lazımdır.”
Tramp Qəzzanın yenidən qurulmasına kömək edə biləcəyini deyib və bəyan edib.
Qeyd edək ki, ABŞ-ın 47-ci prezidenti Donald Tramp and içərək vəzifəsinin icrasına başlayıb. Tramp çıxışında “Mənim prioritetim ABŞ olacaq. ABŞ-ın qızıl dövrü başlayır” deyib.
Orxan Saffari