Transgender tələbəyə görə ABŞ universiteti maliyyəsini itirdi

  • By Günel
  • 21 Mart 2025 08:35

ABŞ Prezidenti Donald Trampın administrasiyası Pensilvaniya Ştatı Universitetinin federal maliyyələşdirilməsini dayandırıb.

Bu barədə Gununsesi.info “Fox News” telekanalına istinadla xəbər verir.

Buna səbəb kimi transgender üzgüçü Liya Tomasın Milli Kollec Atletika Assosiasiyasının yarışlarında iştirak etməsi göstərilir. Federal maliyyələşdirmənin 175 milyon dollar təşkil etdiyi bildirilir.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp cinslərini dəyişmiş kişi və qadınların ölkədə keçirilən idman yarışlarında iştirakına qadağa qoyan fərman imzalayıb.

Gununsesi.info