Türkiyənin Manisa bölgəsində meşə yanır, bir məhəllə təxliyə edilib

  • By ilhame
  • 15 İyul 2024 19:42

Türkiyənin Manisa əyalətində meşə yanğını başlayıb, ərazidəki bir məhəllənin sakinləri təxliyə edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

 

Bildirilib ki, yanğınla mübarizə məqsədilə əraziyə bir təyyarə, iki helikopter, 10 su tankeri və iki dozer göndərilib.

 

Güclü külək səbəbindən yanğının nəzarət altına alınması çətinləşib. Buna görə də ehtiyat tədbiri olaraq, yanğının yaxınlaşdığı Soma qəsəbəsinin Təkəli İşıqlar məhəlləsinin sakinləri təxliyə olunub.

Gununsesi.info