“Dünən Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağımla bağlı şikayətimə baxıb. Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, faktiki olaraq həbsdə saxlanılmağımla bağlı siyasi sifariş əsasında, heç bir hüquqi əsasa söykənməyən qərar verib”.
Gununsesi.info xəbər verir ki, bunu Türkiyədə oturma izni ləğv edilən Milli Şuranın üzvü, sabiq deputat Gültəkin Hacıbəyli deyib.
O, daha sonra əlavə edib:
”Heç bir qayda pozuntusu etmədiyim, Türkiyədə 2 illik oturma iznim olmasına baxmayaraq, mənim hansı qərar əsasında burada məcburi qaydada həbsdə saxlanıldığım məlum deyil.Hazırkı vəziyyətdə barəmdə 5 illik deportasiya qərarı verildiyinə görə Türkiyə dövləti məndən yalnız ölkə ərazisini tərk etməyi tələb edə bilər. Ancaq məni heç bir hüquqi əsas və məhkəmə qərarı olmadan Göç İdaresi Başkanlığının deportasiya qərarı və Azərbaycandan göndərilən sorğu əsasında faktiki olaraq həbsdə saxlanılmağım açıq şəkildə hüquqi dövlət prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Gununsesi.info












