Türkiyə mediası Azərbaycanda FETÖ-ya qarşı əməliyyatdan yazıb - Adlar açıqlandı

  • By admin
  • 23 İyul 2023 19:57

 

Türkiyə mətbuatı bu gün Azərbaycanda keçirilən FETÖ əməliyyatı haqqında yazıb.

Gununsesi.info türk mediasına istinadən bildirir ki, əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Türkiyə mediasında, həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilir.

Gununsesi.info -nun məlumatına görə, həmin partiya sədri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, hazırda Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir.

Gununsesi.info