Türkiyə ordusu daha 4 terrorçunu məhv etdi

  • By admin
  • 27 Mart 2022 19:01

Türkiyə silahlı qüvvələri İraqın şimalında və Suriyada 4 PKK terrorçusunu zərərsizləşdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İraqın şimalında “Pəncə-Şimşək” əməliyyatı zonasında 3 PKK terrorçusu məhv edilib.

Daha 1 PKK-YPG terrorçusu isə Suriyada “Sülh çeşməsi” əməliyyatı zonasında zərərsizləşdrilib.

Gununsesi.info