Türkiyədə seçki kampaniyası dayandırıldı

  • By admin
  • 13 May 2023 21:11

Türkiyədə prezident və parlament seçkilərində təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.

Gununsesi.info xəbər verir ki, partiya nümayəndələri son çıxışlarını TRT telekanal və radioları ilə ediblər.

Seçkilərə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.

Xatırladaq ki, Türkiyədə prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Gununsesi.info