Türkiyənin yeni PUA-sı ilk uçuşuna hazırlaşır - FOTOLAR

  • By admin
  • 27 Mart 2023 12:20

Tezliklə Türkiyənin “Baykar” şirkəti tərəfindən hazırlanan yeni “Bayraktar TB-3” pilotsuz uçuş aparatının ilk uçuşu həyata keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı şirkətin texniki direktoru Selçuk Bayraktar öz tviter hesabında açıqlayıb.

““Bayraktar TB3” böyük qardaşı “Kızılelma”dan sonra öz ilk uçuşu üçün günləri sayır”, – deyə Bayraktar paylaşımında qeyd edib.
O, həmçinin yeni PUA-nın fotolarını da paylaşıb.

Türkiyə mediasının məlumatına görə, “Bayraktar TB-3” havada 50 saata qədər qala bilər. “Anadolu” onun yaradılmasında Azərbaycandan da mütəxəssislərin iştirak etdiyini qeyd edib. Bu PUA-nı nəinki döyüş meydanında, eləcə də yanğınların söndürülməsi, zəlzələnin nəticələrinin aradan qaldırılması zamanı da istifadə etmək mümkündür.