Türkiyəyə dəstəyə görə Azərbaycan xalqına minnətdarıq – Ömər Çelik

  • By admin
  • 27 Aprel 2021 21:39

ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı aprelin 24-də verdiyi açıqlaması səbəbindən, Türkiyəyə böyük dəstək verdiyinə görə başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına minnətdarıq.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik AKP-nin İdarə Heyətinin iclasından sonra keçirdiyi mətbuat konfransında deyib.

Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladan hakim partiyanın sözçüsü diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin, ölkə ictimaiyyətinin, o cümlədən ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiyanın birgə bəyanatla ABŞ Prezidentinin açıqlamalarına etiraz edərək Türkiyəyə dəstək verməsi bir daha qardaşlığımızı bütün dünyaya göstərdi.

ABŞ Prezidenti Co Baydenin məlum açıqlamasının zaman və tarix baxımdan təhlükəli olduğunu diqqətə çatdıran Ömər Çelik bildirib ki, bu açıqlama Azərbaycanın rəşadətlə qazandığı Qarabağ Zəfərindən sonra regionda Ermənistanın da daxil ola biləcəyi əməkdaşlıq şansına mənfi təsir göstərir.

Gununsesi.info