Türkiyədə 6 gündə 1400-dən çox aksiyaçı saxlanıldı

  • By Günel
  • 25 Mart 2025 19:27

Türkiyədə martın 19-dan 25-dək keçirilən etiraz aksiyalarında 1418 şəxs saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya X-də yazıb.

Qeyd olunub ki, indiyədək saxlanılanlardan 478-i məhkəmə qarşısına çıxarılacaq.

O bildirib ki, küçələrdə terrorun törədilməsinə, milli-mənəvi dəyərlərə zərbə vurulmasına, polislərə hücum edilməsinə imkan verilməyəcək.

Gununsesi.info